Rusiya Daxili İşlər Nazirliyi Rusiya tərəfinin razılığı olmadan ABŞ çempionatında iştirak edən şpaqa qılıncoynadanları Sergey və Violetta Bidanı cinayət işi üzrə axtarışa verib.

"Unikal" xəbər verir ki, Rusiya Cinayət Məcəlləsinin ər-arvadın axtarışda olduğu maddənin adını açıqlanmır.

Sergey Bida komanda turnirində 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Violetta Bida dünya və Avropa çempionatlarının mükafatçısıdır.

Bidalar Kaliforniyada yaşayır. Rusiya Qvardiyasının fəal zabiti və aktiv hərbi qulluqçu olan Sergey və Violetta Rusiya tərəfinin razılığı olmadan ABŞ çempionatında iştirak ediblər.

Bununla əlaqədar, Rusiya Qılıncoynatma Federasiyasının rəhbərliyi Aleksandr Qlazunovu Rusiya qılıncoynadanlarının kişilərdən ibarət komandasının baş məşqçisi vəzifəsindən azad edib .

Mart ayında Avropa Qılıncoynatma Konfederasiyası rusiyalı idmançılara neytral statusda turnirlərdə iştirak etməyə icazə verib. Lakin sonradan təşkilat bir çox aparıcı idmançıların ölkəyə girişinə icazə verməyib.