Dünyanın ən varlı adamlarından olan İlon Maska məxsus  "Tesla" avtomobil şirkətinin zavodunda baş verən dəhşətli hadisələrin üstü açılıb. 

"Unikal" xəbər verir ki, zavodda çalışan mühəndis və işçilərin robotların hücumuna məruz qaldığı məlum olub. 

Əldə edilən rəsmi sənədlərdə 2021-ci ildə şirkətin Texasdakı zavodunda istehsal robotunun mühəndisi divara itələdiyi müəyyən edilib. Mühəndis yoxlama və texniki xidmət göstərərkən robotun söndürüldüyü, lakin daha sonra robotun hərəkətə keçərək mühəndisə hücum etdiyi qeydə alınıb.

Robotun hücumundan sonra mühəndisin yaralandığı qeyd edilib. Rəsmi məlumatlara görə, 2022-ci ildə zavoddun hər 21 işçidən 1-i robotların hücumuna məruz qalıb. 

Bildirilib ki, 2022-ci ildə bir işçi biləyindən xəsarət alıb və 127 gün tibbi arayış almalı olub, digər işçi isə başından xəsarət alıb və 85 gün işləməyib. 

"Tesla"nın keçmiş işçiləri, eləcə də hazırda şirkətdə işləyənlər "Tesla"nın əməyin mühafizəsi qaydalarına əməl etmədiyini və işçilərinin təhlükəsizliyinə əhəmiyyət vermədiyini bildiriblər.

Şirkət məsələ ilə bağlı açıqlama verməyib.

Seymur Əli