Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-HPJ-nin sözdə idarəçilərindən olan "Aryen Are" kod adlı Zeynep Eyveri zərərsizləşdirib. 

"Unikal"  xəbər verir  ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, MİT-in apardığı araşdırmalarda İran-İraq sərhədindəki bütün qadın terrorçuların fəaliyyətindən məsul olan Eyverinin İraqın Süleymaniyyə çölündə yerləşən Pencevin bölgəsində olduğu müəyyən edilib. 

Şimali İraqdakı hərbi bazalara qarşı əməliyyat planlaşdıran terrorçu hərəkətə keçmədən MİT tərəfindən zərərsizləşdirilib. 

Gülayə Mecid