İsrail Müdafiə Qüvvələri Livanla sərhəddə "çox yüksək hazırlıq vəziyyətindədir" və zərbə endirməyə hazır olmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün müxtəlif ssenarilər üzrə planlarımızı təsdiqləmişik, lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. İDF və onun Şimal Komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir. Kampaniya indiyə qədər sədaqətlə və diqqətlə aparılıb və bu davam etməlidir” -Halevi deyə bildirib.
Bazar ertəsi İsrailin müdafiə naziri Yoav Gallant ölkənin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasını təmin edəcək sazişlərin bağlanacağını istisna etməyib.