Son sutkada Ukraynaya ümumilikdə 158 hava hücumu olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı teleqramda yazıb.
O bildirib ki, ölkənin müxtəlif vilayət və şəhərləri raket hücumuna məruz qalıb
***11:02
Ukraynada bir çox regionunda gecə ikinci dəfə hava həyəcanı verilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Şahed" dronları ilə Ukrayna ərazilərinə kütləvi hücum olub.
Ballistik zərbə təhlükəsinin olduğu bildirilir. Bununla yanaşı, Lvovda güclü partlayışlar baş verib.