Filippinin Bohol adasında qeyri-adi hadisə baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Boljulio Aleria adlı şəxs adada motosikletlə səyahət edərkən 3 metrlik piton ilanının hücumuna məruz qalıb. Belə ki, təbiət canlısı  kişinin belinə dolanaraq onu öldürmək istəyib.  Lakin bu zaman gözlənməyən hadisə baş verib. Kişi belinə dolanan ilanı dişləyib.  

Təxminən 10 dəqiqə davam edən mübarizə nəticəsində ilan ölüb, Aleriya isə xəsarət alıb.

Zərifə Nağıyeva