Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın “Aydar” millətçi batalyonunu terrorçu kimi tanınan təşkilatlar siyahısına əlavə edib. 

"Unikal" xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında qeyd olunub. 

"25 sentyabr 2023-cü ildə Cənub Dairə Hərbi Məhkəməsi bu batalyonun terror təşkilatı kimi tanınması barədə qərar çıxarıb. Müvafiq sənəd bu ilin noyabrında qüvvəyə minib", - deyə məlumatda deyilir. 

Hazırda Rusiya Federasiyası ərazisində terrorçu kimi tanınan təşkilatların vahid federal siyahısına 49 struktur daxildir. Reyestrə xarici və beynəlxalq təşkilatlar da daxildir.

Ağarza Elçinoğlu