Polşa Baş Qərargahı bu gün respublikanın hava məkanını pozan obyektin Rusiya raketi olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Baş Qərargahı açıqlama yayıb. 

Bundan əvvəl naməlum obyektin Ukrayna sərhədindən Polşanın hava məkanına keçdiyi bildirilirdi. O, hava hücumundan müdafiə sistemi tərəfindən müşahidə edilib və sonra yoxa çıxıb. 

Bu səbəbdən Polşa Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib və daha sonra prezident Anjey Duda hərbçilərlə təcili iclas çağırıb.

Ağarza Elçinoğlu