Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib.