Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Superkubok finalının ləğvi ilə bağlı danışıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan mövzu ilə bağlı təxribata imkan verməyəcəklərini bildirib:

"İdmanı gündəlik siyasətin alətinə çevirmək yanlışdır. Bu ölkənin qurucusu Atatürkdür. Dünənki hadisənin kontekstindən çıxarılıb şou və təxribat alətinə çevrilməsinə icazə verə bilmərik. Biz bu mövzuda atılması lazım olan addımları atmaqdan çəkinməmişik və çəkinməyəcəyik”. 

Nuranə Abbasova