Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 14 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları, içərisində olan təkərlər, bitişik ümumi sahəsi 9 m² olan digər təkər təmiri sexinin dam örtüyü 2 m² sahədə və bitişik ümumi sahəsi 11 m² olan obyektin taxtadan ibarət tavanı 11 m² sahədə yanıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Obyektin və sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
01:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Məlumata əsaəsn, sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.