Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan Fətizadə Elşad Elman oğlu və Həsənov Məhərrəm Ədalət oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.