Gəncədə minik avtomobili yanıb.

"Unikal"ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Opel" markalı minik avtomobilində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Qısa zamanda minik maşını yanğın söndürənlər tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı avtomobilin salonu tamamı ilə yanıb.

Yanğının səbəbi araşdırılır.

Tural Əhmədov