Şəmkirdə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinə məxsus iki mərtəbəli evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı vətəndaşa məxsus ümumi sahəsi 700 kv metr yaxın olan 2 mərtəbəli evin 1-ci mərtəsinin yanar konstruksiyaları və ev əşyaları ilə birlikdə 250 kv metr yanıb. Yanğın yanğın söndürənlər tərəfinn söndürülüb, evin qalan hissəsi mühafizə olub. Hadisə ilə bağlı araşdırma aparılır. 

Tural Əhmədov