Sumqayıtda mənzildə meyit aşkarlanıb.
"Unikal" xəvər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“112” qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Meyiti tapılan şəxsin Sumqayıt şəhər sakini, 1950-ci il təvəllüdlü Abbas Murad oğlu Muradov olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.