Mingəçevir şəhərində kafelərdən birində qaz partlayışı baş verib.

"Unikal"ın məlumatına görə obyektin 1970-ci il təvəllüdlü əməkdaşı Xuraman Rəhimova qazı yandırmaq istərkən partlayış baş verib.

Bədən nahiyəsindən müxtəlif yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb və dərhal  cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov