Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Energetiklər" yaşayış massivi kimi tanınan ərazisində qeydə alınıb. Belə ki, "BMW" markalı minik maşını yolu keçmək istəyən 38 yaşlı Kamal Qarayevi vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov