Goranboy rayonunda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə,  gecə saatlarında idarəetmədən çıxan  "Mercedes" markalı minik maşınının aşması nəticəsində rayon sakinləri 2005-ci il təvəllüdlü Nəsibov Əbdürrəhman, 2004-cü il təvəllüdlü Allahverdi Nəsibov və 2006-cı il təvəllüdlü İbrahim Yolçuyev müxtəlif bədən xəsarətləri alıb.

Hər 3 yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov