Siyəzən şəhəri, Ərzuman Cabbarov küçəsində yerləşən və vətəndaş Aidə Əsədovaya məxsus olan evin dam örtüyü güclü külək nəticəsində yararsız vəziyyətə düşüb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, evin dam örtüyünün yararsız vəziyyətə düşməsi, ailənin yaşayış yerinin olmaması barədə quruma məlumat daxil olub. Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq təhvil verilib.