Yevlaxda ikimərtəbəli ev yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yevlax şəhərinin Hacıselli kəndində ümumi sahəsi 390 m² (hər mərtəbəsi 195 m²) olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.