Yaponiyanın 7,6 bal gücündə zəlzələdən sonra etdiyi sunami xəbərdarlığı Cənubi Koreya ilə qalmaqala səbəb olub. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın xəbərdarlıq məlumatında Cənubi Koreyanın şərqindəki Dokdo adalarını öz ərazisi kimi göstərməsi iki ölkə arasında narazılıq yaradıb.

Tokio administrasiyasına etiraz edən Cənubi Koreya hökuməti “Dokdo tarixi, coğrafi və beynəlxalq hüquq çərçivəsində Koreya ərazisinin ayrılmaz hissəsidir” deyib.