Goranboyda zəncirvari yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Goran qəsəbəsi yaxınlığında baş verib.

Biri "Mercedes" markalı olmaqla 3 minik avtomobili toqquşub. Hadisə zamanı maşınlar zərər görsə də, ciddi  xəsarət alan olmayıb.

Ehtiram Muradov