Xəbər verdiyimiz kimi,  İranın Kirman vilayətində general Qasım Süleymaninin məqbərəsi yaxınlığında törədilən terror aktları nəticəsində azı 103 nəfər həyatını itirib, 141 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki,  baş vermiş terror aktına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran hökumətinə başsağlığı verib. 

O, bu barədə sosial media hesabında paylaşım edib.

"İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Dost və qardaş İran xalqına başsağlığı verirəm", - Türkiyə lideri qeyd edib.