Zaqatala rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.  

"Unikal" xəbər verir ki, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktala vağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli