Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin  Ş.İ.Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə "HONDA" markalı maşın toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüləri Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. 

Faktla bağlı araşdırma başlanılıb.

Tural Əhmədov