Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, rayonun  Muxax kəndi ərazisində Hikmət Davudovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca, daha sonra isə daş hasara çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli