Bakı-Qazax avtomagistralında minik avtomobili yük maşını ilə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax rayonunun Aran qəsəbəsi yaxınlığında baş verib.

"Mercedes" markalı avtomobillə "KamAz"ın toqquşması nəticəsində ağır xəsarət alan bir nəfər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, eyni vaxtda magistralın  rayonun Nemətabad kəndi yaxınlığından keçən hissəsində də minik avtomobilləri toqquşub.

Faktlarla bağlı araşdırma aparılır.

Ehtiram  Muradov