Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov yanvarın 3-də Danimarka Kraliçası Ülyahəzrət II Marqret tərəfindən bu ölkədə akkreditə olunmuş səfirlər üçün keçirilən Yeni il qəbulunda iştirak edib.
"Unikal" xəbər verir ki, Kopenhagendəki Kristiansborq Sarayında keçirilən qəbul zamanı səfir Zaur Əhmədov Ülyahəzrət Kraliçaya və Vəliəhd Şahzadə Fredrikə Yeni il təbriklərini çatdırıb.
Tədbir zamanı habelə diplomatik korpus adından, qarşıdakı günlərdə Taxt-tacdan Şahzadə Fredrikin xeyrinə imtina edəcəyini açıqlayan Kraliçaya ən xoş arzular ifadə olunub və Şahzadə Fredrikə dövlət başçısı qismində gələcək fəaliyyətində uğurlar arzu edilib.