Qazax rayonunda minik maşını yanıb.

"Unikal"ın məlumatına görə, yolun kənarında hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil anidən yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşının qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov