Şəkidə qadın dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə Şəki şəhər A.Əfəndiyev küçəsində baş verib. Həmin küçədə yaşayan 1977-ci il təvəllüdlü Abdullayeva Sevinc Nizam qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin normal olduğu bildirilir.

Seymur Əli