Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Ərzurum-Qars magistral yolunda iki avtobus və bir yük maşınının toqquşması nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Hadisə ilə bağlı əraziyə təcili tibbi yardım briqadaları, jandarma və axtarış-xilasetmə qrupları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.