Gəncə şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evdə yanğın olub.

"Unikal" xəbər verir ki, evin 1 otağının və mətbəxin lambirdən ibarət tavanı 20 m² sahədə, otağın 1 ədəd pəncərə çərçivəsi, digər 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.