Yevlaxda özünü asaraq öldürən oğlan nənəsi ilə birgə yaşayırmış.

"Unikal"ın məlumatına görə, Əlizadə Mürvət Araz oğlu Quşçu kəndində nənəsilə yaşayıb. O, Xaldan qəsəbə orta məktəbinin 10-cu sinfində təhsil alırmış. Kənd sakinlərinin sözlərinə görə, M.Əlizadə sakit və tərbiyəli uşaq olub.

Axşam saatlarında onu tapa bilməyən yaxınları mobil telefonuna zəng vurarkən tövlənin çardağından zəngin gəldiyini eşidiblər. Ora gedərkən isə gənci asılı vəziyyətdə aşkarlayıblar.

Ehtiram Muradov

***23:13

Yevlaxda 16 yaşlı gənc intihar edib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü M.Əlizadə yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.