Goranboyda minik maşını atla toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı avtomobil qəfil qarşısına çıxan ata çırpılıb.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Əhmədli Səxavət Sərdar oğlu xəsarət alıb və ona xəstəxana şəraitində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov