Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət olub.
"Unikal" xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.
Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.
Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.