SSRİ rəhbərlərindən olan Nikita Xruşşovun 69 yaşlı nəvəsi Aleksey Adjubey Moskvadakı mənzilində dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, A.Adjubey dostuna zəng edərək özünü pis hiss etdiyini bildirib. Hadisə yerinə gələn həkimlər mənzilə dərhal daxil ola bilməyiblər. Qapını açıb içəri girincə Aleksey dünyasını dəyişib, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Aleksey Adjubey Xruşşovun qızı Radanın oğlu idi.