Yevlaxda özünü asaraq intihar etmək istəyən qazini həyat yoldaşı qurtarıb.
"Unikal"ın məlumatına görə, hadisə Aşağı Bucaq kəndində baş verib.
Yaşadığı evdə özünü asaraq intihar etmək istəyən 1985-ci il təvəllüdlü iki uşaq atası olan qazi Əhmədov Dostəhməd Mürsəl oğlunun köməyinə son anda həyat yoldaşı çatıb və onu ölümdən qurtarıb. Ölümdən dönən qaziyə yerindəcə zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov