Mingəçevirdə dəm qazından zəhərlənərək ölən gənc oğlan Mingəçevir Turizm Kollecinin tələbəsi imiş.

"Unikal"ın məlumatına görə, Nihad İsayev həmin kollecin Turizm işinin təşkili ixtisasının 1-ci kurs tələbəsidir.

O, kollecə əvvəl qəbul olub, amma oxumayıb. Sonradan Kollecə yenidən bərpa olunub.

***

08:49

Mingəçevirdə tələbə oğlan dəm qazından zəhərlənərək ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Şəhriyar küçəsində qeydə alınıb. Əldə edilən ilkin məlumata görə, kolleclərdən birində təhsil alan və Bakı sakini olan 2002-ci il təvəllüdlü Nihad İsayev hamam otağında ölü vəziyyətdə aşkarlanıb.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov