2011-ci ildə 77 nəfəri qətlə yetirən norveçli terrorçu Anders Breyvik yenidən həbsxana şəraitindən şikayətçi olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 21 il azadlıqdan məhrum olan qatil həbsxanada təcrid olunmasından, eləcə də göndərilən məktublara senzura qoyulmasından narazıdır.

Belə ki, o, təkadamlıq kamerada saxlanması, vəkillərdən və işçilərdən başqa insanlarla ünsiyyət qurmaq imkanının olmaması ona “psixoloji travma” verdiyini bildirib.  Terrorçunun fikrincə, bu, onun insan hüquqlarını pozur. Bundan əvvəl o, hətta Beynəlxalq İnsan Haqları Məhkəməsinə də müraciət etsə də, orada onun iddiası qəbul olunmayıb.

Qeyd edək ki,  Anders 2016-ci ildə də həbsxana şəraitindən şikayətçi olmuşdu. 

Gülayə Mecid