"İrəvanın Ermənistan-Azərbaycan dövlət sərhədindən qoşunların "güzgü prinsipi" ilə çıxarılması təklifi qəbuledilməzdir".
"Unikal" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri heç bir halda delimitasiya prosesinə mane olmur:
"Azərbaycan əsgərinin qanı və canı bahasına alınmış ərazilərdən qoşunları hansısa bir proses çərçivəsində, xüsusilədə 8 Azərbaycan kəndinin 30 il erməni ordusunun işğalı altında olduğu bir vaxtda, geri çəkilməsini kimsə İrəvanda xəyalına gətirməsin. Əgər Ermənistan rəhbərliyi işğal dövründə sərhədlərin təyin edilməsində maraqlı olsaydı, Kür çayının sol sahilini erməni ordusunun vəzifəsi kimi döyüş planlarında təsdiq etməzdi. Digər tərəfdən isə mövqelərində dayanan intizamlı Ermənistan isə birtərəfli qaydada istədiyi qədər, istədiyi prinsip bəhanəsi ilə tarixi Azərbaycan torpaqlarında qoşunlarını geri çəkə bilər və biz buna qətiyyən etiraz etməyəcəyik".