Roma Papası dünyanın III Dünya Müharibəsinə doğru getdiyi barədə bəyanatını təkrarlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Papa Fransisk diplomatlara illik müraciətində bildirib.
Bu kontekstdə Roma Papası Rusiya ilə Ukrayna arasında iki ilə yaxındır davam edən və çoxlu sayda qurban və kütləvi dağıntılara səbəb olan genişmiqyaslı müharibəyə, eləcə də Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasındakı vəziyyətə toxunub.
O, hər iki halda danışıqlara, beynəlxalq hüquqa və dini müxtəlifliyə hörmət etməyə çağırıb.
Ağarza Elçinoğlu