Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Lui Bononu qəbul edib.
“Unikal” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması prosesindəki son hadisələri müzakirə edib, regional təhlükəsizlik məsələlərinə toxunublar.