Casusluqda ittiham olunan Fransa vətəndaşı dekabrın 4-də Azərbaycanda həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva AFP-yə açıqlamasında deyib.
"Casusluq əməlləri törətməkdə şübhəli bilinən Martin Rayan dekabrın 4-də həbs edilib. Daha sonra məhkəmə onun haqqında dörd aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verdilər. O, həbs olunan kimi Fransanın Bakıdakı səfirliyinə şifahi nota ilə məlumat verildi", - deyə Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.
Ağarza Elçinoğlu