Yunanıstan Aİ-nin İrəvanla əlaqələrini gücləndirməsini dəstəkləyir.
"Unikal" xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritis erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.
"Yunanıstan regional suverenliyi tanıyır və sülh gündəliyinin bu prinsiplər əsasında inkişaf etdirilməli olduğuna inanır. Biz hər cür güc və təcavüzün tətbiqini istisna edirik. Biz humanitar məsələlərdə Ermənistanı dəstəkləməyə, eləcə də sülh proseslərində tərəfdar olmağa hazırıq", - deyə diplomat qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan davamlı dialoqda olmalıdırlar: "Düşünürəm ki, "Sülh yollarının kəsişməsi" layihəsi çox real, ədalətli və çox sabit həll tələb edirdi. Sülh prosesi konkret məsələləri aydın şəkildə həll etməlidir. Demarkasiya aydın olmalıdır ki, gələcəkdə problemlər baş verməsin".
Ağarza Elçinoğlu