Bakıda avtomobil təmiri sexi yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən, ümumi sahəsi 1800 m² olan avtomobil təmiri sexinin (anbar və 7 ədəd boksdan ibarətdir) 2 boksunun yanar konstruksiyaları 144 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.