Rusiya prezidenti Vladimir Putin gündə nə qədər vaxtını idmana ayırdığını deyib.

"Unikal" Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Putin hər bir insanın sağlamlığını qorumaq üçün gündəlik idman etməli olduğunu vurğulayıb. O, idmanla məşğul olanların sayının cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biri olduğunu qeyd edib.

“Əlbəttə, mən hər gün ən azı təxminən iki saat idman edirəm... Bu bəzən də iki saat yarım sürür - çünki idman zalı, hovuz, duş, bütün bunlara bir yerdə iki saat yarım vaxt gedir.

Mütləq iki saata ehtiyacınız yoxdur, ən azı bir saat, ən azı yarım saat... Hər bir insan bilməlidir ki, idmana vaxt ayırmaq lazımdır. Hətta müəyyən göstəricilərimiz var ki, biz ölkədə onlara nail olmalıyıq: ölkədə nə qədər insan bədən tərbiyəsi və idmanla məşğul olmalıdır... Bu, cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biridir”, - Putin qeyd edib.