Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçotaqlı fərdi yaşayış evində baş verdiyi və bitişik yerləşən evə hər an keçə biləcəyi müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülərək bitişik evə keçməsinə imkan verilməyib.
Hadisə nəticəsində yanğın baş vermiş fərdi yaşayış evi 60m² sahədə yanıb, ümumi sahəsi 250m² olan bitişik ev yanğından mühafizə olunub.