Bakıda iki avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, hadisə "Azneft" dairəsində baş verib. Yol nişanlarının tələbini pozan “Ford Mustang” markalı avtomobil "Toyota Prius" markalı maşını vurub.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli