Ermənistan-Azərbaycan sülh müqaviləsində müəyyən geriləmə olmasının ABŞ dövlət katibinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bononun Ermənistana son səfəri ilə bağlı ola biləcəyi istisna edilmir.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla sülh müqaviləsində müəyyən geriləmə olduğunu deməsini məlum səfərlə əlaqələndirib: "Həqiqətən, Amerika nümayəndəsinin İrəvana səfərindən dərhal sonra belə nəticələrə gəlməsində müəyyən əlaqə ola bilər, lakin bu sual Ermənistana ünvanlanmalıdır".
Ağarza Elçinoğlu