Oğuzda 4 ailənin yaşadığı yaşayış evi yanıb.
"Unikal" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər keçmiş məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerində Oğuz və Şəkidən 4 yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub. Yanğın zamanı tikili yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli